Gündəm - Yeni Şirvanlı

Prezidentin “X” hesabında WUF13-ün açılış mərasimindən video paylaşıldı
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi ilə bağlı paylaşım edilib.

“Yenisirvanli.info.az” sözügedən paylaşımı təqdim edir:

Prezident “Euronews”a müsahibə verdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.

“Yenisirvanli.info.az” müsahibəni təqdim edir.

Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir?

Prezident İlham Əliyev: Əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır.

Müxbir: Aydındır ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və yaşıl enerji layihələrini təqdim edib. Bunlar münaqişədənsonrakı dövrdə yenidən qurulan ərazilərdir. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər? Başqalarının təcrübəsindən faydalanmaqdan danışdınız, bəs, onlar sizdən nə öyrənə bilər?

Prezident İlham Əliyev: Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.

İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Müxbir: Yəni dünyanın digər ölkələri üçün bir model rolunu oynaya bilər ki, bu da gözəl haldır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Avropa enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolunun necə inkişaf edəcəyini görürsünüz?

Prezident İlham Əliyev: Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.

Müxbir: Təşəkkür edirəm. Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?

Prezident İlham Əliyev: Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq.

Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.

Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.

Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək həmişə böyük məmnuniyyətdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi yenidən Azərbaycanda görməkdən məmnunam.

Müxbir: Geri qayıtmaq həmişə çox xoşdur. Müsahibəyə görə təşəkkür edirəm.

Azərbaycan illər ərzində necə dəyişdi? - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı videoçarx paylaşılıb.

“Yenisirvanli.info.az” paylaşımı təqdim edir:

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu
Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

“Yenisirvanli.info.az” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Prezident WUF13-ün açılış mərasimində - Video - Fotolar
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.

“Yenisirvanli.info.az” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Bakıdakı WUF13 dünya mediasının diqqətində - Fotolar
Mayın 17-də Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir.

“Yenisirvanli.info.az” AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.

Pakistanın “The Nation”, “Daily Times”, “The News” nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.

Çinin “Sinxua” agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. “Moscow-baku.ru”, “Vestnik Kavkaza” və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində nazirlər görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və yaşıl enerji zonası layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.

Fransızdilli “Lagazetteaz.fr” nəşrində isə BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və “Hamı üçün mənzil” mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə “Yeni Şəhər Gündəliyi” üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.

Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Bu ölkənin “The Egyptian Gazette”,“Youm7”, “El Balad”, “Vetogate”, “Al Dostor”, “Al-Usbua”, “Al Qarar Al Arabi”, “Business News Egypt”, “Anbaa Alyoum”, “Nile.eg” və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitat-ın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin “Yeni Şəhər Gündəliyi” ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.

Özbəkistanın “Kun.uz”, “Podrobno.uz”, “UzDaily”, “UZA”, “Gazeta.uz”, “Zamin.uz” nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

Malayziyanın “Bernama” agentliyinin, eləcə də bu ölkənin “The Sun” və “SABA News” nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.

Keniyanın “Saccoreview”, “People Daily”, “The-star.co.ke”, “Capitalfm”, “Kenyans.co.ke”, “Kenyafrontline.com”, “Standardmedia.co.ke” media qurumları tərəfindən yayımlanan xəbərlərdə dövlət başçısı Uilyam Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim edəcək və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.

WUF13 barədə xəbərlər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan, Hindistan, İordaniya, İraq , Mozambik və digər ölkələrdə yayımlanan media orqanları tərəfindən də geniş işıqlandırılıb.

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
Məlum olduğu kimi, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, forumun təşkil edildiyi Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.

Mərasim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə baş tutub.

WUF13-də yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik” mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir.

“Yenisirvanli.info.az” xəbər verir ki, assambleya şəhər merlərini, qubernatorları, regional liderləri və qlobal tərəfdaşları bir araya gətirərək, yerli və regional hökumətlərin çoxtərəfliliyin və dayanıqlı şəhər inkişafının gələcəyinin formalaşdırılmasında əsas aktorlar kimi kollektiv səsini bir daha təsdiqləyəcək yüksəksəviyyəli siyasi platformadır.

İcmalara ən yaxın idarəetmə səviyyəsi olaraq yerli və regional hökumətlər Yeni Şəhərsalma Proqramının növbəti onillikdə həyata keçirilməsinə rəhbərlik etməkdə əvəzsiz rol oynayır. Onlar qlobal öhdəlikləri insanların gündəlik həyatını birbaşa dəyişən yerli transformasiyalara çevirirlər.

Transformativ təcrübələri həyata keçirən qabaqcıl yerli liderlərin çıxışları dinlənilir və bu təcrübələrin qlobal miqyasda sistemli islahatlara və investisiya modellərinə necə təsir göstərə biləcəyi müzakirə edilir.

Assambleya yerli demokratiyanı, hökumətlərarası həmrəyliyi və çoxsəviyyəli əməkdaşlığı insanlar və planet üçün işləyən yenilənmiş sosial müqavilənin əsas dayaqları kimi bir daha təsdiqləyən mühüm siyasi yaxınlaşma məqamı olacaq.

Assambleya, həmçinin iqlim, inkişafın maliyyələşdirilməsi və lokalizasiya üzrə davam edən qlobal proseslərə, o cümlədən Yüksək Səviyyəli Siyasi Forum və sonrakı mərhələlərə hazırlıqlara töhfə verəcək.

Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
Prezident İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

WUF13 başladı - Fotolar
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, forumun ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir.

Bununla yanaşı, bu gün forum çərçivəsində müxtəlif assambleya sessiyaları, eləcə də əlavə tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, mayın 22-nə qədər davam edəcək foruma dünyanın 180 ölkəsindən 41000-dən çox iştirakçının qatılacağı gözlənilir.