Kriminal - Yeni Şirvanlı

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

“Yenisirvanli.info.az” xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.

Biri kosmetik vasitə oğurladı, digəri elektron siqaret - İkisi də saxlanıldı
Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Bundan başqa, Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

14 yaşlı yeniyetmə bıçaqlandı
Gəncədə yeniyetmə bıçaqlanıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, həmyaşıdlar arasında mübahisə zamanı şəhər sakini, 2012-ci il təvəllüdlü S.H. bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Yenilənib
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.

“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: “A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu əlavə edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib.

Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

Culfada kanaldan qadın meyiti tapıldı
Culfa rayonu, Yaycı kəndi ərazisində kanaldan meyit aşkarlanıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi
Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, A.Nəsirli bu gün dünyasını dəyişib.

“Yenisirvanli.info.az” xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”, - açıqlamada vurğulanıb.

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.

Bu barədə “Yenisirvanli.info.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniyada olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür. İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür.

“Yenisirvanli.info.az” xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

Bildirilib ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir:

“Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirik:

- Şübhəli linklərə daxil olmayın;

- Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın;

- Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin;

- Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın.

Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin.

Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur”.

Bakıda parik taxaraq cinayətlər törədibmiş - Video
Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs saxlanılıb.

“Yenisirvanli.info.az”nın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub.

Ərşad Səfərovun zərərçəkənlərə ümumilikdə 15 000 manatdan çox maddi ziyan vurduğu müəyyənləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə edib.

77 nəfəri qətlə yetirən terrorçu yenidən azadlığa çıxmaq istəyir
Norveçli ifrat sağçı terrorçu Anders Breyvik şərti azadlığa buraxılmaq üçün növbəti dəfə məhkəməyə müraciət edib.

“Yenisirvanli.info.az” Norveçin “Aftenposten” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı terrorçunun vəkili İsteyn Storrvik paylaşıb.

Vəkil ərizənin artıq Breyvikin adından rəsmi şəkildə təqdim edildiyini bildirib.

Bildirək ki, müasir Norveç tarixinin ən qəddar qatili hesab olunan Breyvik 2011-ci ilin iyul ayında paytaxt Oslo və Utöya adasında törətdiyi terror aktları nəticəsində 77 nəfərin ölümünə səbəb olub. Məhkəmənin qərarı ilə o, ölkədəki ən yüksək cəza həddinə – 21 il müddətinə azadlıqdan məhrum edilib. Lakin qanunvericiliyə görə, təhlükəlilik dərəcəsi nəzərə alınmaqla bu müddətin uzadılması ehtimalı da mövcuddur.

Qeyd edək ki, Breyvik cinayətləri törətdiyini etiraf etsə də, özünü hələ də günahsız hesab edir. O, bu qətliamı “Norveç mədəniyyətinin tənəzzülünün” qarşısını almaq üçün “özünümüdafiə” məqsədilə etdiyini iddia edir.

Xatırladaq ki, terrorçunun azadlığa çıxmaq cəhdləri ilk deyil. O, 2020-ci və 2022-ci illərdə də vaxtından əvvəl azadlığa buraxılmaq üçün müraciət etsə də, məhkəmə hər iki vəsatəti rədd edib. 2022-ci ilin martında isə “vəziyyəti dəyişmək üçün” başqa bir həbsxanaya köçürülüb.