Sosial - Yeni Şirvanlı

Beynəlxalq reytinqdə ən böyük irəliləyiş Azərbaycanın oldu - Fotolar
Ölkələrdə kibertəhlükəsizlik vəziyyətinin qiymətləndirildiyi növbəti “Milli Kibertəhlükəsizlik İndeksi” Hesabatı açıqanıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz və digər mütəxəssislər bildirib.

Son hesabat dövrü ilə hazırkı vəziyyət arasında dövlətlər üzrə ən böyük irəliləyiş Azərbaycanın tutduğu mövqedə qeydə alınıb. Belə ki, Azərbaycanın ümumi göstəricisinin (100 bal üzərindən) 75.83 baldan 83.33 bala çatdırılmasına, ölkənin mövqeyinin 21 pillə irəliləməsinə, yəni 52-ci yerdən 31-ci yerə yüksəlməsinə nail olunub.

145 ölkənin 49 indikator əsasında qiymətləndirildiyi indeks cədvəli üzrə reytinq sıralamasında Birləşmiş Ərəb Əmirlikləri 32-ci, Qazaxıstan 51-ci, Türkiyə 56-cı, Gürcüstan 63-cü, Ermənistan 95-ci pillədə qərarlaşıb.

Məlum olduğu kimi, son illər ərzində elektron sübutların toplanılması, saxlanılması, yoxlanılması və məhkəmədə sübut növü kimi qəbul edilməsi barədə normativ aktlara dəyişikliklər layihəsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən müvafiq sahədə ekspertlər heyəti də cəlb edilməklə işlənilib, Azərbaycan Prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləyə müvafiq dəyişilikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim edilərək qəbul edilib.

Eləcə də, Azərbaycan dövləti həmin əməkdaşların aktiv iştirakı ilə layihəsi hazırlanmış BMT-nin 24 dekabr 2024-cü il tarixli Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya edən ölkələrdən (ratifikasiya proseslərini bitirmiş hazırda cəmi 3 ölkə) olub.

Həmçinin 2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər üçün məcburi standartlar müəyyən edən yenilənmiş informatika kurikulumu hazırlanaraq qəbul edilib.

Qeyd olunanlar “National Cybersecurity Index” beynəlxalq Hesabatında Azərbaycanın qərarlaşdığı mövqeni bilavasitə dəyişdirən yeniliklər kimi göstərilib.

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri təsdiq edib.

Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

“Təhsil haqqında” Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanunun keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalandı - Fotolar
Bu gün “PAŞA Holding” və SOCAR, İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

“Yenisirvanli.info.az” xəbər verir ki, təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.

Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək.

Bu tərəfdaşlıq həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu təşəbbüsün Azərbaycan gənclərinin və mütəxəssislərinin həyat və peşəkar fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım, ümumilikdə Azərbaycan təhsilinə verilən dəyərli töhfə olduğunu qeyd edib. Mərkəzin yaradılmasında iştirak edən tərəflərə təşəkkürünü bildirən Emin Əmrullayev bildirib ki, bu əməkdaşlıq dövlət, özəl sektor və biznes sənayesi arasında uğurlu tərəfdaşlıq nümunəsidir və əvvəlki uğurlu birgə fəaliyyətlərin məntiqi davamıdır. Nazir çıxışında təşəbbüsün azərbaycanlı mütəxəssislərin şəbəkələşmə imkanlarını genişləndirəcəyinə və onların qlobal platformalarda daha fəal iştirakına şərait yaradacağına inamını ifadə edib. Sonda Emin Əmrullayev qeyd edib ki, əsas məqsəd ali təhsili daha əlçatan, münasib və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etməkdir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, insan kapitalının gücləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslər innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalardır. Bu baxımdan beynəlxalq təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. “PAŞA Holding”, SOCAR və İspaniyanın IE Universiteti arasında əldə edilmiş razılaşmaya əsasən ölkəmizdə Liderlik və İnnovasiya IE Mərkəzinin yaradılması beynəlxalq təcrübənin tətbiqinə, müasir bilik və bacarıqların artırılmasına töhfələr verəcək.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında SOCAR-ın insan kapitalının inkişafına mühüm önəm verdiyini bildirərək deyib ki, şirkət bu gün öz təcrübəsi və imkanları ilə bu təşəbbüsün həyata keçirilməsinə töhfə verir. Bu layihənin əsas məqsədi beynəlxalq təcrübədə olan yüksək bilik, bacarıq və liderlik səriştələrini Azərbaycana gətirib əlçatan etmək və ölkəmizdə böyük vizyona malik liderlərin hazırlanmasına xidmət etməkdir.

“IE Universiteti olaraq, bu təşəbbüsün irəlilədilməsində göstərdikləri uzaqgörənlik, inam və davamlı dəstəyə görə "PAŞA Holding" və SOCAR-a səmimi təşəkkürümüzü bildiririk. Birlikdə Azərbaycanda liderliyi, innovasiyanı və qlobal əməkdaşlığı təşviq edəcək bir mərkəzin təməlini qoyuruq. Bu tərəfdaşlıq istedadların inkişafına töhfə vermək, institutları gücləndirmək və daha dinamik, rəqabətqabiliyyətli gələcək formalaşdırmaq istiqamətində ortaq öhdəliyimizi əks etdirir.” - IE Universitetinin İcraçı Prezidenti Santiaqo İniqes de Onsonyo çıxışında əlavə edib.

İmzalanma mərasimində çıxış edən “PAŞA Holding” in Baş icraçı direktoru Cəlal Qasımov bildirib: “Azərbaycanda, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda insan kapitalının gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir. Təxminən 100 milyon əhalisi olan bu region hazırda öz tarixinin önəmli inkişaf mərhələsindən keçir və biz bu prosesi kənardan izləyən deyil, gələcəyin formalaşmasına real töhfə verən tərəf olmağı vacib hesab edirik. Eyni zamanda, cari təşəbbüs bizim kimliyimizi də ifadə edir: biz tərəfdaşlıqlarında qlobal, köklərində isə yerli - Azərbaycanlı olan bir şirkətik. "BNY Melon", "Raiffeisen Bank International" kimi banklarla müxbir hesab tərəfdaşlıqları, "World Economic Forum" ilə əməkdaşlıq, "Four Seasons Hotels and Resorts", "Marriott International və One&Only Resorts" kimi şirkətlərlə əməkdaşlıq - bunların hər biri "PAŞA Holding"in artıq bir beynəlxalq şirkət olduğuna işarə edir ki, IE University ilə tərəfdaşlığımız da bu yanaşmanın nümunəsidir”.

Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş “PAŞA Holding” bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda “PAŞA Holding” Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

Baş ofisi Azərbaycanda yerləşən qlobal enerji şirkəti SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması sahəsində ixtisaslaşıb. İnteqrasiya olunmuş iri enerji şirkəti kimi dünya miqyasında geniş fəaliyyət göstərən SOCAR bu gün müxtəlif beynəlxalq bazarlarda əhəmiyyətli rol oynayır.

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.

“Yenisirvanli.info.az” xəbər verir ki, Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.

Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə “Yenisirvanli.info.az”a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

Xüsusi internat məktəbinin yataqxanasında yanğın - Video
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib.

“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m. sahədə deformasiya olub.

Yataqxana binası yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı
"ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb".

ARHD.AZ "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir. Hərbçilər vurğulayıblar ki, hesablamalara əsasən, İran iqtisadiyyatının 90 faizi beynəlxalq dəniz ticarəti ilə təmin olunur.

CENTCOM-un məlumatına görə, blokada başlayandan bəri artıq 23 gəmi Amerika qüvvələrinin geri dönmək və İrana qayıtmaq barədə göstərişini yerinə yetirib.

“Sənədsiz evlərə su, işıq, qaz verilməyəcək” - Zaur Mikayılov
“2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var”.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu fikirləri “Xəzər TV”də yayımlanan “Cavabdeh” adlı müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.

O qeyd edib ki, bu, stimullaşdırmanın azalmasıdır. Yəni insanlar bir yerdə ev tikməzdən əvvəl, sənədsiz olacağı təqdirdə kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini anlayacaqlar.

Daha ətraflı süjetdə:

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir-Video
Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş ümumilikdə daha 22 ev var və bunlardan 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneçilik törədir.

“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı ATV kanalında süjet hazırlanıb.

ADSEA-nın Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə, həmin tikililər qəza baş verən yerə çox yaxın məsafədədir: “8 ev zədəli zonada - qəza baş verən yerə 100-200 metr məsafədə yerləşir. Aşağı istiqamətlərdə də kollektor üzərində tikilmiş evlər var. Bu tikintilərin hamısı tam maneə törədir”.

Qeyd olunub ki, kollektorun keçdiyi evlər siyahıya alınır. Sakinlər icra hakimiyyətinə çağırılıb. Onlara evlərinin sökülmə ehtimalının olduğu deyilib.

Xatırladaq ki, ötən həftə sözügedən ünvanda üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb, nəticədə Səbuhi Məmmədova məxsus ev sökülüb.

Daha ətraflı videomaterialda:

Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.