Ağstafada bağban ev sahibindən əməkhaqqını tələb etdi, həbs olundu

6-10-2025, 15:46 78 dəfə baxılıb

 

Ağstafada borcunu istəyən bağban həbs edilib.


Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar İslamov (adı və soyadı şərtidir) 3 il müddətində qonşusu T.Hüseynovun həyətində bağban kimi işləsə də, ev sahibi onun zəhmət haqqını ödəməyib. T.Hüseynov müxtəlif bəhanələr gətirərək, 3 il həmin şəxsə pul verməyib.


Bir neçə gün əvvəl V.İslamov qonşusunun qapısını döysə də, ev sahibi qapını açmayıb. O, gecə saat 2 radələrində T.Hüseynovun qapısını döyəndən sonra hasarına çıxıb, ev sahibindən pulunu tələb edib.


Ev sahibi məsələ ilə bağlı polisə məlumat verib.


Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı protokol tərtib edilib və məhkəməyə göndərilib.


Ağstafa Rayon Məhkəməsinin qərarı ilə V.İslamov 5 sutka inzibati həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031