ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...

Bu gün, 10:09 10 001 dəfə baxılıb

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Regional Su Meliorasiya" QSC məlumat yayıb.

Bildirilib ki, iclasda "Regional Su Meliorasiya Xidməti"nin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda "Regional Su Meliorasiya"ya icraçı direktorun təyinatı gerçəkləşib.

Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki "Regional Su Meliorasiya"ya icraçı direktoru təyin olunub.

Qeyd edək ki, "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.

ZAKİR QULİYEV

Mia.az xəbər verir ki, Elçin Məmmədov keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri, hazırda Baş nazir Əi Əsədovun köməkçisi olan Əhməd Əhmədzadənin bacısı oğludur. MİA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031