Qaradağın icra başçısı şəhidlərin anım mərasimində iştirak edib - FOTOLAR

Bu gün, 10:06 170 dəfə baxılıb

 

21 oktyabr 2026-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidləri Rəsulov Teymur Yavus oğlu və Fərziyev Saməddin Mehman oğlunun anım mərasimi keçirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev,  Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri və qazilər, həmçinin şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Qonaqlar şəhidlərin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbir arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Daha sonra RİH başçısı Natiq Əliyev ehsan süfrəsində iştirak edərək şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara səbir və dözüm arzulamışdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.   Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031