Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?

20-10-2026, 11:04 110 dəfə baxılıb

 

Həkimlər daha əvvəl infeksiyaya yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən Sankt-Peterburqun beş sakinində meymunçiçəyi xəstəliyini təsdiqləyiblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Botkin adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, xəstələrin hamısının vəziyyəti stabildir. Həkimlərin qiymətləndirməsinə görə, xəstəlik onlarda yüngül və ya orta ağır formada keçir, müalicə davam etdirilir.

Tribuna.az bildirir ki, Azərbaycan Səhiyyə Nazirliyinin 3 fevral 2026-cı il tarixli açıqlamasına əsasən, ölkədə meymunçiçəyi yoluxması qeydə alınmayıb.

Meymunçiçəyi COVID-19 kimi adi, qısa təmaslarla asan yayılan virus deyil. Əsas ötürülmə yolu yoluxmuş şəxslə yaxın fiziki təmasdır.

Dünya Səhiyyə Təşkilatının 14 sentyabr 2026-cı il tarixli hesabatına görə, dünyada meymunçiçəyi halları hələ də qeydə alınır.

Hazırda Azərbaycanda gündəlik həyatına davam edən, yoluxmuş şəxslə yaxın təması olmayan insanların ciddi narahatlıq keçirməsi üçün konkret əsas göstərmək mümkün deyil.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031