Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib

Dünən, 09:30 2 dəfə baxılıb

 

Bakının Buzovna qəsəbəsində 4 mərtəbəli yaşayış binasında yanğın olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031