UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO

Dünən, 10:41 146 dəfə baxılıb

 

“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissədə tərəflər hərəyə bir qol vurublar. İkinci yarıda qonaqlar qələbə topunu vurmağı bacarıblar – 2:1.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

20:45. “Sabah” – “Borussiya Dortmund” 1:2
Qollar: E. Makkarti, 39 – S. Qirassi, 10, 53

“Sabah”: Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

“Borussiya”: Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Baş hakim: Xose Arbelora Roxas (İspaniya)

Bakı Olimpiya Stadionu

***

20:45

Bakının “Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxır.

Komandamız Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya” klubunu qəbul edib. Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Yenisirvanli.İnfo.Az oyunu təqdim edir:

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031