Sabahdan Azərbaycanda bu gömrük rüsumları 100 dəfə artırılacaq

Bu gün, 10:16 511 dəfə baxılıb

 

Sabahdan Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq.

Belə ki, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, eləcə də qalay təbəqəsi ilə örtülmüş qara metalların tullantıları və qırıntıları üçün 1 000 kiloqrama görə tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına qaldırılıb. Pepperoni pizza

Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişar tullantıları və təkrar əridilmə üçün nəzərdə tutulan külçələr (şixta külçələri) üzrə tarif dərəcəsi isə 1 000 kiloqram üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.

Qərar sentyabrın 22-də imzalanıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031