Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi

8-10-2026, 09:48 323 dəfə baxılıb

 

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Yenisirvanli.İnfo.Az APA-ya istinadla xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianın qismən qəmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib.

O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031