Bakının 2 rayonunda söküntü işləri başlayır – ÜNVANLAR

17-04-2025, 17:47 79 dəfə baxılıb

 

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Yenisirvanli.İnfo.Az Ölkə.az-a istinadən xəbər verir ki, söküntü işləri Babək küçəsi, ev 23 ünvanında, Frunze küçəsi, ev 16 ünvanında , 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Dövlət qurumu sözügedən xidmətin alınması üçün 64.298,41 manat pul ayırıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031