Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının cənazəsi Ağcabədiyə gətirildi

1-07-2025, 11:13 217 dəfə baxılıb

 

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların cənazəsi doğulduqları Ağcabədi rayonuna gətirilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Trend-in  məlumatına görə, qardaşların cənazəsi ailələrinin yaşadığı evə aparılıb. Burada əvvəlcə vida mərasimi keçiriləcək, daha sonra isə Səfərov qardaşları valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031