Rusiyada Azərbaycan əleyhinə addımlara hazırlaşırlar – KİV

4-07-2025, 10:58 1 408 dəfə baxılıb

Rusiya Azərbaycan əleyhinə mümkün hərəkətlərə hazırlaşır.

Yenisirvanli.İnfo.Az Globalinfo.az-a istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, razılaşdırılmamış anti-Azərbaycan aksiyaları zamanı yerli millətçi qruplar da xüsusi nəzarətə götürüləcək.

Bu səbəbdən Rusiya hakimiyyəti nəzarəti gücləndirib. Təhlükəsizlik qüvvələri mümkün kütləvi nümayişlərlə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir və sosial şəbəkələri izləyir.

“Müxtəlif millətçi təşkilatlar indi fəallaşa bilər. Biz onlarla sərt mübarizə aparacağıq”, – Vlast resursu FSB-yə yaxın bir insayderdən sitat gətirib.

Rusiya tərəfi Azərbaycan diasporunun mümkün aksiyalara hazırlaşacağından da ehtiyatlanır. 

Ancaq bildirilir ki, hazırda bununla bağlı heç bir əlamət yoxdur.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031