Kürdəmirdə ehsan ləğv edildi

23-07-2025, 10:38 775 dəfə baxılıb

 

Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Teleqraf”a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.

Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.

“Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb”, – deyə o bildirib.

Qeyd edək ki, 10 gün əvvəl Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031