Fazil Mustafa: "Şəhidlər xiyabanı ilə bağlı məsələ ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir"

11-09-2025, 16:47 132 dəfə baxılıb

 

"Şəhidlər xiyabanı ilə bağlı məsələ ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir".


Yenisirvanli.info.az -ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qurumun bu gün keçirilən iclasında şəhidlər Xiyabanının giriş-çıxışına nəzarəti gücləndirməklə bağlı məsələyə münasibət bildirərkən deyib:


"Bu, icra xarakterli məsələdir. Buna hansısa bir şəkildə prosedur müəyyən etməyimiz çətindir. Şəhidlər xiyabanı bir deyil, hər şəhərdə var. Buna xüsusi bir qanunla hansısa bir şəkildə məhdudlaşdırma gətirəndə də problem çıxacaq. Bunu insanların mənəvi məsələsi kimi turistlərə başa salmaq daha doğru olar".


Qeyd edək ki, bir müddət əvvəl Azərbaycana turist kimi gələn Birləşmiş Ərəb Əmirliklərinin 3 vətəndaşı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək görüntülərini sosial şəbəkədə yaymışdılar. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxslərin yeri müəyyən edilərək saxlanılıblar və faktla bağlı cinayət işi başlanmışdı. İstintaq orqanının təqdimatı ilə həmin şəxslərin hər biri barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031