Sabah İtaliya- Azərbaycan Universiteti açılır

30-09-2025, 20:33 82 dəfə baxılıb

 

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib.


“Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib.


Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031