Laçında növbəti əmək yarmarkası olacaq

27-10-2025, 18:48 142 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əmək yarmarkası keçiriləcək.


Yenisirvanli.info.az  xəbər verir ki, tədbir oktyabrın 29-u saat 11:00-da Laçın şəhərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin “Laçın” İstirahət Kompleksində təşkil olunacaq.


İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.


Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031