DSK yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib

8-12-2025, 17:31 127 dəfə baxılıb

 

Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Belə ki, şuraya İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri Ceyhun Rafiq oğlu Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Samir Allahverən oğlu Hüseynzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Cəlal Rövşən oğlu Abdullayev üzv kimi qəbul ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031