XTQ-nin hərbi vəzifəliləri ilə təlim toplanışı - Fotolar

25-05-2026, 10:42 1 432 dəfə baxılıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N saylı hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.


Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir. 


Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031