Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı

28-06-2026, 13:47 1 724 dəfə baxılıb

 

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.


Dövlət İmtahan Mərkəzindən “Yenisirvanli.info.az”a verilən məlumata görə, həmin imtahan 7 iyul tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcəkdir.Abituriyentlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.


Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.


Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.


Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031