“Vosmoy bazarı”nda satışa niyə qadağa qoyulub? - Video

28-06-2026, 17:42 1 717 dəfə baxılıb

 

Xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”nda çalışan ticarətçilər illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmalarına görə narazılıq edirlər.


“Yenisirvanli.info.az” xəbər verir ki, ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar.


Lakin son vaxtlar onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər:


“Hərəmizin bir qənd torbası malımız var. Onunla gedib harada yer götürək işləyək? Bir damcı yerin bərpasını istəyirik. Qutumuzu qoyub lal-kar çörəyimizi qazanaq”.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib.


O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.


Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.


Ətraflı “Baku TV”nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031