Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

9-07-2026, 16:37 1 784 dəfə baxılıb

 “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.


“Yenisirvanli.info.az” “Kommersant”a istinadən xəbər verir ki, qərarın səbəbi hələlik açıqlanmır.


Bildirilir ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” Samara vəkillər kollegiyasının vəkilidir. 


Qeyd olunur ki, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla əlaqələri yoxlanılır.


Xatırladaq ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031