Vurulan gəminin kapitanı dəfn edildi - Fotolar

Bu gün, 11:22 1 821 dəfə baxılıb

Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.


“Yenisirvanli.info.az” APA-ya istinadən xəbər verir ki, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib.


Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.


Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031