Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?

19-10-2026, 10:47 214 dəfə baxılıb

Qüsursuz görünmək istəyi və estetik prosedurlara maraq dünyada geniş yayılıb. Sosial şəbəkələrin təsiri, eləcə də tibbin inkişafı nəticəsində bu xidmətlərin daha əlçatan olması onlara tələbatı artırır. Bir zamanlar əsasən məşhurların və maddi imkanları yüksək olan şəxslərin müraciət etdiyi estetik prosedurlara indi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üz tuturlar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, tibb elmləri doktoru, professor 
Adil Qeybulla modern.az-a açıqlamasında bildirib ki, sırf estetik məqsəd daşıyan əməliyyatlar xarici ölkələrdə də icbari tibbi sığorta hesabına qarşılanmır.
“Ümumiyyətlə, icbari tibbi sığorta sağlamlıq üçün təhlükə yaradan halların aradan qaldırılması, müalicə və korreksiya məqsədilə nəzərdə tutulub. Estetik əməliyyatlar tibbi zərurət daşımadığı üçün sığortanın əhatə dairəsinə daxil edilmir. Azərbaycanda insanlar bəzən şəxsi istəklərinə, özlərini başqaları ilə müqayisə etdiklərinə və ya rəqabətə görə belə əməliyyatlara müraciət edirlər. Bu əməliyyatların əksəriyyətinin sağlamlıqla birbaşa əlaqəsi yoxdur. Ona görə də onlar icbari tibbi sığortanın əhatə dairəsindən kənarda qalır”, – deyə professor qeyd edib.
Adil Qeybullanın fikrincə, gələcəkdə də sırf estetik məqsədli əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması gözlənilmir. tibb elmləri doktoru, professor 
Adil Qeybulla modern.az-a açıqlamasında bildirib ki, sırf estetik məqsəd daşıyan əməliyyatlar xarici ölkələrdə də icbari tibbi sığorta hesabına qarşılanmır.
“Ümumiyyətlə, icbari tibbi sığorta sağlamlıq üçün təhlükə yaradan halların aradan qaldırılması, müalicə və korreksiya məqsədilə nəzərdə tutulub. Estetik əməliyyatlar tibbi zərurət daşımadığı üçün sığortanın əhatə dairəsinə daxil edilmir. Azərbaycanda insanlar bəzən şəxsi istəklərinə, özlərini başqaları ilə müqayisə etdiklərinə və ya rəqabətə görə belə əməliyyatlara müraciət edirlər. Bu əməliyyatların əksəriyyətinin sağlamlıqla birbaşa əlaqəsi yoxdur. Ona görə də onlar icbari tibbi sığortanın əhatə dairəsindən kənarda qalır”, – deyə professor qeyd edib.
Adil Qeybullanın fikrincə, gələcəkdə də sırf estetik məqsədli əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması gözlənilmir.

Yenisirvanli.İnfo.Az 

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031