Zabrat qəsəbəsindəki BİABIRÇI asfalt örtüyü narazılıq yaratdı

19-10-2026, 10:39 109 dəfə baxılıb

 

Sosial şəbəkələrdə yayılan videoda vətəndaş 1-ci Zabrat qəsəbəsinə 20 sm qalınlığında asfalt vurulacağının deyildiyini, lakin reallıqda bunun fərqli olduğunu bildirib. 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, kadrlarda əraziyə vurulan asfaltın qatının nazik olması və onun yağan yağışa dözməyəcəyi iddia edilib. Sözügedən görüntülər sosial media istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. 

Xatırladaq ki, Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Ənvər oğlu Vəliyevdir.

Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti başçısının nümayəndəsi Həmid Novruz oğlu Qalayev. O2026-cı ilin fevral ayında bu vəzifəyə təyin olunub.32gun.az 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031