Ərdoğan erkən seçkiyə gedir? – Bakıdan gözlənti

20-10-2026, 10:03 506 dəfə baxılıb

 

Türkiyədə 2028-ci il seçkilərinin daha tez keçirilməsi ehtimalı yüksəkdir. Prezidentin müşaviri Mehmet Uçum bildirib ki, bu halda prezident Rəcəb Tayyib Ərdoğan konstitusiya məhdudiyyətlərindən yan keçərək yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. Növbəti prezident və parlament seçkilərinin 2028-ci ilin mayında keçirilməsi planlaşdırılır. Uçum bildirib: “Artıq 2028-ci il seçkilərinin mart və ya apreldə keçiriləcəyi aydındır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tribuna.az-a erkən seçki ehtimalından danışan ekspertlərin fikrincə, 14 maydan tez səsvermə baş tuta bilər. Həm hüquqi baxımdan bu mümkündür, həm də siyasi şəraitdən asılı olaraq belə bir qərar gündəmə gələ bilər. Ancaq erkən seçkilərin keçirilməsinin mümkün olması onların mütləq keçiriləcəyi demək deyil. Türkiyədə 2028-ci il seçkilərinin bir neçə həftə və ya ay əvvələ çəkilməsi ehtimalı real siyasi müzakirəyə çevrilib.

Əsas səbəblərdən biri onun yenidən prezidentliyə namizəd olmaq imkanını qorumaqdır. Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, parlament prezidentin ikinci müddəti başa çatmamış seçkilərin yenilənməsinə qərar verərsə, prezident yenidən namizəd ola bilər. Bunun üçün 600 deputatdan ən azı 360-nın səsi lazımdır. Hakim ittifaqın bu həddə çatmaq üçün başqa partiyaların dəstəyinə ehtiyacı var.

Digər tərəfdən, müxalifət də erkən seçki tələb edir. Lakin tərəflərin məqsədləri fərqlidir: müxalifət iqtisadi vəziyyət və hakimiyyətin siyasəti üzrə seçicilərin mövqeyini yoxlamaq, hakim düşərgə isə Ərdoğanın yenidən namizədliyini mümkün etmək istəyir.
Türkiyədə erkən seçki ehtimalı əvvəlkindən daha ciddi görünür. Amma hazırkı mərhələdə seçkinin rəsmi tarixinin dəyişdirildiyini demək olmaz. Ən diqqətçəkən ssenari 2028-ci ilin mart–aprel aylarında seçki keçirilməsidir.

Həsən Ağa

Tribuna.az-ın siyasət şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031