Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

2-08-2026, 13:19 1 881 dəfə baxılıb

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.


“Yenisirvanli.info.az” “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.


Vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.


Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.


Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.


***


Vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb.


Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930