Məktəb alış-verişi bu il daha baha olacaq

12-08-2026, 09:00 217 dəfə baxılıb

 

Yeni tədris ilinin başlaması ilə qiymətlərdə bir sıra artımlar müşahidə olunur.

Yenisirvanli.İnfo.Az bildirir ki, iqtisadçı Xalid Kərimli bildirib ki, bahalaşmada inflyasiyanın böyük təsiri var:

“Ölkədə ümumi inflyasiya ilə yanaşı, logistika xərcləri də qiymətlərə birbaşa təsir edir. Bundan əlavə, mövsümi tələbin yüksək olması da qiymət artımına səbəb olan əsas amillərdəndir. Buna görə də istər məktəb ləvazimatlarının, istərsə də məktəbli formalarının qiymətindəki dəyişikliyi süni qiymət artımı adlandırmaq olmaz. Bu, artıq normal bazar prosesidir.

Təbii haldır ki, tələbin yüksəlməsi satıcıları endirim etməkdən çəkindirir. Xarici platformalar üzərindən edilən onlayn alış-verişlər isə daxili bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsinə kömək edir. Çünki alıcılar tələbatlarının bir hissəsini xaricdən qarşılayır və bu da daxili bazardakı qiymətlərə aşağıyönlü təzyiq yaradır”.

Ekspert qeyd edib ki, bazar mexanizmləri kifayət qədər inkişaf etdiyindən bu prosesə kənardan müdaxiləyə ehtiyac yoxdur”

“Dövlət artıq onlayn alış-verişə kifayət qədər vergi güzəştləri tətbiq edir.

Hesab edirəm ki, bu güzəştlər ləğv edilməlidir, çünki son dövrlərdə onlayn ticarətin inkişafı xeyrinə kifayət qədər addım atılıb”./Yeni Sabah


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930