Yol polisindən uşaqlarla bağlı müraciət

12-08-2026, 10:35 206 dəfə baxılıb

 

Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciətində deyilir:

"Təəssüf ki, bəzən hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. İlk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər".

Müraciətdə qeyd edilib ki, xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür:

"Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması vacibdir. Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır.

Təhlükəsiz yol - diqqətli və məsuliyyətli davranışdan başlayır".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930