Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? (AÇIQLAMA)

15-08-2026, 11:20 662 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi ötən gün - avqustun 14-də Qubada 4,9 maqnitudalı zəlzələ baş verib. 13 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3–4 bal gücündə hiss olunub. Dağıntı və xəsarət barədə məlumat verilməyib. Qeyd edək ki, hadisə Azərbaycanda seysmik təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Bəs Qubadakı bu təkan daha güclü zəlzələnin xəbərçisi ola bilərmi? Azərbaycanda yaxın günlərdə və ya gələcəkdə daha güclü zəlzələ gözlənilirmi?

Yenisirvanli.İnfo.Az bildirir ki, mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli Musavat.com-a danışıb:

“Dünənki zəlzələ 5 bala kimi hiss olunub. Əsasən, oradan keçən qırılma xətti boyunca baş verib. Amma bu, böyük, güclü zəlzələ deyildi. Belə götürdükdə, elə bir zonada da baş verməyib ki, deyim, orada 7-dən artıq maqnitudalı zəlzələ ehtimalı var. Belə bir zəlzələ baş versəydi, əlbəttə, dəhşətli ola bilərdi.

Yəni, qorxulu bir şey yoxdur, əhali təşvişə düşməsin. Düzdür, elə bu gecə İndoneziyada da güclü zəlzələ baş verib. Onlarda zəlzələlər daha dərin olur, subduksiya zonaları ilə əlaqəlidir. Bizdə isə bu zonalarda baş verən xırda təkanlar içərisində arada 3-dən yuxarı maqnitudalı zəlzələlər də olur.

İndiyə qədər onların heç birində, belə deyək, nə tələfat olub, nə də ciddi dağıntı ehtimalı yaranıb. Ona görə də baş verə biləcək hər hansı xırda, hiss olunan zəlzələlərdən qorxmaq lazım deyil. Əhali təşvişə düşməsin, hazırkı vəziyyətdə narahatlığa əsas yoxdur”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930