Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Ölkə.az-a Ali Məhkəmədən məlumat verilib.
Qeyd olunub ki, xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.
Faizlə borc vermək olarmı?
Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil.
Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Müqavilə bağlanarkən və icra olunarkən nələrə diqqət edilməlidir?
Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir.
Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.
Çünki məhkəmə mübahisəsi zamanı “pul vermişəm”, “pul qaytarılıb”, “faiz ödənilib” kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür.
Faizlə borcvermə nə vaxt qanunsuz fəaliyyətə çevrilə bilər?
Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır.
Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər.
Qanunsuz fəaliyyət borc verən üçün hansı hüquqi nəticələr yarada bilər?
Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər.
Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər.
Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər. Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.
Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər.
Tövsiyə
Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər.
Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.
Əks halda bu gün “asan qazanc” kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Əli Əsədov təsdiqlədi – YENİ QƏRARLAR
Həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı problemi:
Netanyahunun inadkarlıq gambiti: riskli geosiyasət və ümidsizlik
Nardarandan Almaniyaya: Berlin təhlükəli şəbəkəyə niyə göz yumur? - (Video)
Sənədsiz evlərlə bağlı YENİ TƏKLİF – Torpaqların təyinatı dəyişdirilsin
Milyonluq dələduzluqda ittiham olunan “Flyblast" rəhbəri Avropada saxlanıldı
Heyvan mənşəli zülallar xərçəngə qarşı qoruyucu ola bilər – ARAŞDIRMA
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Səhiyyə Nazirliyi "Zeytun Pharmaceuticals"da qanun pozuntusu aşkarladı
Əməkdar memar vəfat etdi
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Səhiyyə Nazirliyi valideynlərə tövsiyələr verib
98 saylı bağça ilə bağlı araşdırma aparılır
Şamaxı rayonunda zəlzələ olub
Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm...
Sumqayıtda oğul atasının evini yandırdı
Dünya bazarında qızıl və gümüşün qiyməti azalıb
Türkiyənin sabiq DİN başçısı ev dustağı oldu, ölkədən çıxışı qadağam edildi - Təriqətlə əlaqəyə görə
"Barselona" "Arsenal"dan Qabriel Jesusu heyətinə qatdı
Almaniya ilk dəfə açıq şəkildə Rusiyanı hücumda ittiham edib: Bu nədən xəbər verir?
“Çudo peçka”nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı – 9 il sonra ..
Goranboyda sursat anbarında partlayışla bağlı BİRGƏ MƏLUMAT
Gəncədə parkda 12 ağac niyə kəsilib?
Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi – Planı düz işləmədi – Video
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi nə vaxt başa çatacaq?
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü baş tutacaq”
Rusiya Ukraynanın şəhərlərinə kütləvi zərbə endirib, onlarla ölən və yaralanan var
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Mövsümüdür, amma qiyməti düşmür – meyvə-tərəvəz niyə bahadır? - ARAŞDIRMA
Rusiyada kütləvi əmək haqqı borcları başlayıb...
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” -Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib
Ebola epidemiyasına yoluxanların sayı 6 min nəfəri keçib
Ağdam şəhərinə növbəti köç olub
Deputatın professor qudası kassasiya şikayəti verib
Paşa Şirinov vəfat etdi
5 bürcün üzünə pul qapıları açılır
Azərbaycanda AA seriyalı maşınlar “su qiymətinə” satışa çıxarılır
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - Video
İlham Əliyev Lukaşenko ilə söhbət etdi
Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər
Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı
Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı
Prezident Qırğızıstana gedəcək - VİDEO
Sentyabrda neçə gün iş olmayacaq? - AÇIQLANDI
İnfarkt qəfil baş verməyə bilər: Kardioloq ilkin siqnalları sadaladı
Generalın qızı işdən çıxarılan rəisini məhkəməyə verdi
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq
Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib? - 100 min dollarlıq duet...
Mərhum Xalq artistinin bağ evi satılır – 1,15 milyon manat qiymət qoyuldu
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım
Kəmalə Günəşli yeni villasından görüntülər paylaşdı - (Video)
"Dostlarım zəng edib ki, sənə nə olub?" - Video