Attestat qiymət 3 olanlar necə 700 bal yığır? – Ekspert AÇIQLADI
Məktəbdə attestat qiyməti “3” olan abituriyent imtahanda 500-700 arası bal toplayır. Amma məktəbi əlaçılıqla (“5”-lə) bitirən 513 şagird imtahanda 200 balı belə keçə bilmir. 32-si hətta 100 balı keçməyib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə təhsil eksperti Əmrah Həsənli bildirib. O əlavə edib ki, ən çox sıfır bal toplayanlar Riyaziyyat, Coğrafiya və Kimya fənləri üzrədir:
“Bu nə deməkdir? Bu o deməkdir ki, məktəblərdəki qiymətləndirmə reallığı əks etdirmir, şagird məktəbdən qopub fərdi hazırlığa köklənib, dəqiq elmlərdə isə analitik təfəkkür yox, əzbərçilik hökm sürür”.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: