Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir – Zelenski

23-04-2025, 10:09 79 dəfə baxılıb

 

“Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanımır.”

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Danışmağa heç bir mövzu yoxdur. Bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, – deyə o, vurğulayıb.Zelenski əlavə edib ki, Krım və digər suveren ərazilər haqqında danışmağa başlayan kimi, danışıqlar Rusiyanın istədiyi formata daxil olur.

“12 ildir müharibə aparırıq – bu artıq bir cavabdır: ümumiyyətlə Rusiya ilə razılaşmaq mümkündürmü? Bu ritorik sualdır. Rusiya ilə tez razılaşmaq mümkündürmü? Xeyr. Təzyiq olmadan – bu qeyri-mümkündür”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, başqa ABŞ olmaqla bütün dünya tərəfindən Rusiyaya təzyiq olmalıdır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031