ABŞ universitetləri Trampa qarşı birləşir

28-04-2025, 09:10 58 dəfə baxılıb

 

ABŞ-ın bir neçə nüfuzlu universitetinin rəhbərləri prezident Donald Trampın administrasiyasına qarşı mübarizə üçün birləşiblər.

Yenisirvanli.İnfo.Az bildirir ki,məlumatı “The Wall Street Journal” öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, son bir ay ərzində ABŞ səlahiyyətliləri Harvard Universitetinin akademik tədqiqatlar üçün bir neçə qrantını dondurub, universitetlərə məhdudlaşdırıcı tələblər qoyulub.

Nəşrin mənbələrinə görə, qeyri-rəsmi qrupa hazırda 10-a yaxın məktəb, o cümlədən Ivy League universitetləri, eləcə də əsasən, “mavi” ştatların aparıcı özəl tədqiqat universitetləri daxildir.

Universitet rəhbərləri razılaşıblar ki, akademik muxtariyyətin qorunması əsas prinsipdir və ona güzəştə getmək olmaz. Buraya tələbələrin qəbulu, işçilərin işə götürülməsi, tədrisin məzmunu və metodlarının müəyyən edilməsində müstəqillik daxildir.

Bundan əvvəl ABŞ səlahiyyətliləri Harvard Universitetinə verilən bir neçə qrantı dondurub, onun rəhbərliyini antisemitizmlə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edib. Harvard iddiaları rədd edərək bəyan edib ki, hökumətin tələbləri onun muxtariyyətini təhdid edir və yəhudi tələbələrin təqiblərinə qarşı mübarizədən kənara çıxır.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031