Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib

30-04-2025, 12:04 113 dəfə baxılıb

 

Pakistan hərbçiləri Hindistanın Cəmmu və Kəşmir ittifaq ərazisinin bir neçə rayonunda nəzarət xəttində yenidən atəş açıblar.

Yenisirvanli.İnfo.Az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistan quru qoşunları bildirib.

“29-30 aprel 2025-ci il gecəsi Pakistan ordusunun postları Cəmmu və Kəşmir ittifaq ərazisindəki Nauşera, Sunderbani və Ahnur sektorları qarşısında nəzarət xətti boyunca atıcı silahlardan atəş açıblar. Hindistan ordusu qüvvələri tez və mütənasib şəkildə cavab veriblər”, – bəyanatda deyilir.

Atəşkəs rejiminin pozulması Hindistan – Pakistan sərhədində bir həftə ərzində 26 nəfərin həlak olduğu Cəmmu və Kəşmirdə baş vermiş terror aktından sonra Nyu-Deli və İslamabad arasında münasibətlərin gərginləşməsi fonunda qeydə alınır.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031