İraqın şimalından acı xəbər: Türkiyə əsgəri şəhid oldu

4-05-2025, 17:22 98 dəfə baxılıb

 

İraqın şimalında həyata keçirilən “Pəncə-Hakurk” antiterror əməliyyatı bölgəsində aparılan axtarış-tarama fəaliyyəti zamanı əldəqayırma partlayıcı qurğunu (EPQ) tapdalayan Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Uzman Çavuş Öndər Özen ağır yaralanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisədən dərhal sonra xəstəxanaya çatdırılan əsgər, həkimlərin bütün səylərinə baxmayaraq şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyi başsağlığı verərək bildirib:

“Bizləri dərindən kədərləndirən bu hadisədə şəhid olan əziz əsgərimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbir diləyirik”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031