Moskva yenidən PUA hücumuna məruz qalıb – Uçuşlar dayandırılıb

23-05-2025, 10:03 174 dəfə baxılıb

 

Rusiyanın paytaxtın Moskvaya yenə PUA hücumu olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan 6 pilotsuz uçuş aparatını məhv edib.

“Rosaviasiya” PUA hücumu səbəbilə Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Bildirilib ki, hava limanları reysləri qəbul etmir və göndərmir.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031