İsraildə İranın raket zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb

16-06-2025, 10:32 739 dəfə baxılıb

 

İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.

“Report” “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatı məlumat yayıb.

“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”, – nəşr ZAKA-ya istinadən bildirib.

Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquz nəfərdir.

Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, azı 390 nəfərin yaralandığı deyilir.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031