İsrailin Qəzzaya son hücumları nəticəsində 84 fələstinli həlak olub

20-06-2025, 10:57 262 dəfə baxılıb

 

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 84 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşəşn Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilərə hücum edib.

Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah arasındakı yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilər də İsrail əsgərlərinin hədəfində olub.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031