Tramp: Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındır

19-07-2025, 10:11 274 dəfə baxılıb

 

Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və sülh sazişi artıq məqsədə yaxındır”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub. 



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031