Bəqai: İran Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edəcək

8-09-2025, 17:37 168 dəfə baxılıb

 

İran Prezidenti Məsud Pezeşkian 23-30 sentyabr tarixlərində Nyu-Yorkda (ABŞ) BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş görüşdə iştirak edəcək.

"Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib.

"Qanuna görə, ABŞ İran nümayəndə heyətinin Nyu-Yorka səfərini məhdudlaşdırmaq hüququna malik deyil, lakin o, bunu edir", - o əlavə edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti BMT-nin iclasında iştirak edəcək İran nümayəndə heyətinə qarşı xüsusi məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Bu məhdudiyyətlər İran rəsmilərinin Nyu-Yorkdan kənara çıxmasına və topdansatış mağazalarından alış-veriş etməsinə aid ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031