Nepal prezidenti istefa verdi

9-09-2025, 19:47 91 dəfə baxılıb


Nepal Prezidenti Ramçandra Paudel ölkədəki kütləvi etirazlar fonunda istefa verib.

“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı “India Today” yayıb.

O, 2023-cü ilin martından Nepalın prezidenti olub.

Bu gün bir neçə saat əvvəl ölkənin Baş naziri Şarma Oli də istefa vermişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib. 

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar R.Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031