Böyük Britaniya Fələstin dövlətini tanıdı

21-09-2025, 18:25 122 dəfə baxılıb

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonun Fələstinin dövlətçiliyini tanıdığını elan edib.


Yenisirvanli.info.az  bildirir ki, Starmer bu barədə "X" sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə məlumat verib.


"Bu gün sülhə və münaqişənin ikidövlətli həllinə olan ümidi canlandırmaq üçün mən bu böyük ölkənin baş naziri kimi bəyan edirəm ki, Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır", - deyə o vurğulayıb.


Baş nazirin sözlərinə görə, bu addım HƏMAS üçün mükafat kimi qiymətləndirilməməlidir:


"HƏMAS qəddar terror təşkilatıdır. HƏMAS-ın hökumətdə və təhlükəsizlik strukturlarında heç bir gələcəyi və rolu ola bilməz".


O əlavə edib ki, London yaxın gələcəkdə HƏMAS-a qarşı sanksiyaları genişləndirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031