KİV: İranda İsrailin ən mühüm casuslarından biri edam edildi

29-09-2025, 14:42 99 dəfə baxılıb

 

İranda İsrailin ölkədəki ən mühüm casuslarından biri olan Bəhmən Çubi-Asl adlı şəxs edam edilib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə "Reuters" "Mizan" məhkəmə nəşrinə istinadən məlumat yayıb.


Qeyd olunub ki, İran İsrailin "Mossad" kəşfiyyat agentliyi ilə əlaqədə olmaqda və onun ölkədəki əməliyyatlarına kömək etməkdə ittiham olunan bir çox şəxsi edam edib.


Məlumata görə, "Mossad"ın müttəhimi əməkdaşlığa cəlb etməkdə əsas məqsədi hökumət məlumat bazalarını ələ keçirmək və İran məlumat mərkəzlərinin işini pozmaq, eyni zamanda, digər ikinci dərəcəli məqsədlərə çatmaq, o cümlədən elektron avadanlıqların idxal marşrutunu araşdırmaq olub.


Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, lakin İranın Ali Məhkəməsi onu rədd edərək, "rüşvətxorluq" ittihamı ilə onun ölüm hökmünü təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031