Latviya XİN: "Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstini tanımayacaqlar"

30-09-2025, 15:38 77 dəfə baxılıb

 

Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstin dövlətini tanımaq niyyətində deyillər.


Yenisirvanli.info.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje bildirib.


"Bizim üç ölkəmiz Fələstini tanımayan 36 dövlət arasındadır və biz mühüm dəyişikliklər baş verməsə, yaxın gələcəkdə bunu etmək niyyətində deyilik", - deyə nazir Varşava Təhlükəsizlik Forumu çərçivəsində vurğulayıb.


Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstini tanıdıqlarını bəyan ediblər. Bundan əlavə, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün "iki dövlət prinsipi"nə sadiqlik həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin açarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031