Münhen hava limanı yenidən bağlandı

4-10-2025, 12:42 60 dəfə baxılıb

 

Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı dron təhlükəsi ilə əlaqədar olaraq yenidən fəaliyyətini dayandırıb.


“Yenisirvanli.info.az” “Bild” qəzetinə istinadən xəbər verir ki, polis dron müşahidəsinə dair məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.


Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə vaxt açılacağı hələlik bilinmir.


Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbiri olaraq bütün uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. Hazırda 23 reys başqa istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləməli olub.


Qeyd edək ki, ötən gecə də Münhen hava limanı oxşar səbəblə – dron müşahidəsi ilə əlaqədar – bir neçə saat bağlı qalmış və 3500 sərnişin çətinliklə üzləşmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031