İranda İsraillə əlaqədə ittiham olunan altı məhbus edam edilib

4-10-2025, 14:17 82 dəfə baxılıb

 

Bu gün Əhvaz şəhərində altı məhbus edam edilib.


"Azad İran" "Telegram" kanalı bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin Mətbuat Xidmətinə istinadla xəbər verir.


Bildirilir ki, onlar milli təhlükəsizliyə qarşı fəaliyyət, İsraillə əməkdaşlıq, silahlı hücumlar və partlayışların təşkilində günahlandırılıblar.


Rəsmi məlumata görə, edam edilən şəxslərin adları açıqlanmasa da, onlara FƏRACA (İran Polis Komandanlığı) qüvvələrinin üzvlərinin qətlə yetirilməsi, Xürrəmşəhrdə yanacaqdoldurma məntəqəsində partlayış, banklara silahlı hücum, hərbi mərkəzə qumbara atmaq və məscidlərə atəş açmaq kimi ittihamlar da irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031