Qırğızıstanda referendum keçirilə bilər

4-10-2025, 17:19 84 dəfə baxılıb

 

Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.


"Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra Konstitusiya Məhkəməsi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə rəy verəcək. Layihə referendumla qəbul oluna bilər", - o qeyd edib.


Dövlət başçısının sözlərinə görə, bu məsələni ümumxalq səsverməsi yolu ilə həll etmək olar.


Prezident bir daha xatırladıb ki, hazırda Qırğızıstanda ölüm hökmü qadağandır və hər kəsin yaşamaq hüququ var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031