İranda 700 min ildən çox yatan vulkan oyandı

18-10-2025, 09:26 115 dəfə baxılıb

 

İranın cənub-şərqində 700 min ildən çox yatmış Taftan vulkanı oyanmağa başlayıb.


Yenisirvanli.info.az xəbər verir ki, "Geophysical Research Letters" elmi jurnalında hesabat dərc edən alimlər belə qənaətə gəliblər.


Onların məlumatlarına görə, Taftan 2023-cü ilin iyulundan 2024-cü ilin may ayına kimi 10 ayda doqquz santimetr yüksəlib. Vulkan öz normal vəziyyətinə qayıtmayıb ki, bu da onun səthinin altında qaz təzyiqinin artdığını göstərir.


Alimlər qeyd edirlər ki, Taftanın yenidən oyanması onun fəaliyyətinin monitorinqini tələb edir.


Məlumata görə, Taftan vulkanının hündürlüyü təxminən 3940 metrdir. O, İran və Pakistan sərhəddində dağlıq bir bölgədə yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031